Bakıda saxlanan cibgir dəstəsinin üzvü: “Görürdük ki, baş qarışıqdır, noutbuku götürürdük”

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları oğurluq, cibgirlik və narkotik maddələrin qanunsuz əldə edilib saxlanılmasında təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib. APA TV-nin məlumatına görə, saxlanan şəxslər Bakı şəhər sakinləri - 28 yaşlı İltifat Ağabalayev, 32 yaşlı Bisuddin Süleymanov, 35 yaşlı Məhəmməd Bağırov və 43 yaşlı Mahur Bədəlovdur.

 

Bisuddin Süleymanov oğurluğu necə etdiyini danışıb: “Görürdük ki, baş qarışıqdır , noutbuku götürürdük”.
 

Saxlanan şəxslər oğurladıqları malları satıb, puluna narkotik maddə alırmış.
 

Əməliyyatçılar saxlanılan şəxslərdən oğurluq yolu ilə əldə etdikləri mobil telefonlar və noutbukları da maddi sübut kimi götürüblər. İstintaqla müəyyən edilib ki, əvvəllər də dəfələrlə məhkum olunmuş qrup üzvləri son bir neçə ayda paytaxt ərazisindəki mağazalarda, kafelərdə, ictimai yerlərdə oğurluq və cibgirlik cinayətləri törədiblər. Oğurluqlar zamanı onlar İltifat Ağababayevin taksi kimi idarə etdiyi avtomobilindən istifadə ediblər. Faktla bağlı araşdırma aparılır .

Müəllif | Apa.Tv