Bakıda 4 otaqlı ev yanıb

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Hadisə Aşıq Qərib 66 ünvanında qeydə alınıb. APA TV-nin FHN-nin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 80 kv.m. olan 4 otaqlı evin taxta  konstruksiyalardan ibarət çardağı 60 kv.m sahədə yanıb. Həmçinin, 2 otağın yanar konstruksiyaları və ev əşyaları 30 kv. m sahədə, 1 otağın tavanı 5 kv.m sahədə yanıb. Hadisə yerinə Nərimanov Rayon Yanğından Mühafizə Xidmətinin, maşınları və canlı qüvvəsi cəlb olunub.

 

Ev sahibi deyib ki, yanğın qısa zamanda bütün evi bürüyüb: "İçəridə naqildən baş verib. Soyuducum, yorğan-döşəyim hər şeyim yanıb. Özüm də tək adamam, ayağım yaradır. Bu soyuqda çöldə qaldım". 

 

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Almaz Qasımova