"Qarabağ" "İnter"ə uduzdu
Azərbaycanın "Qarabağ" klubu Avropa Liqasının "F" qrupunda növbəti oyununu keçirdi. Qurban Qurbanovun komandası səfərdə İtaliya nəhənglərindən olan “İnter”lə qarşılaşdı. Qrup mərhələsinin ilk turunda Bakıda “Sent Etyen”dən bir xal alan Ağdam klubu Milan səfərindən də ən azı bir xalla qayıtmaq niyyətində idi. Lakin son Azərbaycan çempionu "İnter"ə 0:2 hesabı ilə uduzdu.
Oyuna yaxşı başlayan komandamız 18-ci dəqiqədə gözlənilmədən qapısında top gördü. İbrahim Şehiçi Danilo Dambrosio cəzalandırdı. Fasiləyə məğlub durumda yollanan ağdamlılar ikici yarıda qol vurmaq əvəzinə, növbəti dəfə mərkəzdən başlamağa məcbur oldu. Bu dəfə “İnter”in hücumçusu Mauro İkardi dəqiq oynadı.
Matçın sonuna qədər “Qarabağ”ın ciddi cəhdlərinə baxmayaraq, hesab arasındakı fərqi azltmaq mümkün olmadı - 2:0.
APA TV-nin xəbərinə görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra bildirib ki, Bakıdakı cavab oyunu "İnter" üçün asan olmayacaq: “Bu gün Avropanın adlı-sanlı klubuna qarşı oynadıq. Amma səhvlər imkan vermədi. Futbolçular verilən tapşırığı yerinə yetirsələr, nəticə özü gələcək. İndi rəibin 6 xalı var. Bu gün zirvədə olmağa layiqdi. Qarşıdakı oyunlarda bu gün buraxdığımız səhvlərə yol verməməliyik. Hardasa məğlubiyyəti qəbul edirik. Amma məni narahat edən bəzi səhvlərdir".