"Beşiktaş" 1 xal qazandı, "Trabzonspor" öz meydanında uduzdu

Avropa Liqasında çıxış edən Türkiyə klubları - "Beşiktaş" və "Trabzonspor" növbəti oyunlarını keçirdi.

 

"Beşiktaş" səfərdə İngiltərənin "Tottenhem" klubu ilə qarşlaşdı. 90 dəqiqə rəqibindən üstün görünən "Beşiktaş" son dəqiqələrdə vurulan qolla 1 xal qazandı.

 

Türkiyə klubu rəqib qapısında bir neçə dəfə təhlükəli vəziyyət yaratsa da, Olcay Şahan və Demba Banın səyləri nəticə vermədi. 12-ci dəqiqədə isə "Tottenhem"i qapı dirəyi xilas etdi.

 

"Tottenhem" ilk təhlükəli zərbəsi ilə hesabı açdı. Harri Keyn fərqləndi.

 

Birinci hissə meydan sahiblərinin hesabdakı üstünlüyü ilə başa çatdı. İkinci hissədə də "Beşiktaş" rəqibə təzyiqləri davam etdirdi. Türkiyə klubu istəyinə 89-cu dəqiqədə çatdı. Hakim "Tottenhem"in qapısına penalti təyin etdi və seneqallı futbolçu Demba Ba bərabərlik qolunu vurdu.

 

Beləliklə, "Beşiktaş" səfərdən 1 xalla qayıdır və ümumilikdə 2 xalı var.

 

"Trabzonspor" isə öz meydanında Polşanın "Legiya" klubuna məğlub oldu. Bu, "Trabzonspor"un rəsmi oyunlardakı ilk məğlubiyyəti idi.

 

Oyunun 16-cı dəqiqdəsinə "Trabzonspor" oyundan kənar vəziyyət gözləsə də, Mixal Kuxarçik topu qapıdan keçirdi. Bu, qarşılaşmada yeganə qol oldu və "Legiya" Türkiyədən 3 xalla qayıtdı.

Müəllif | Apa.Tv
Apa.tv