İŞİD təkcə bir neft yatağından gündə 700 min dollar qazanır

"İraq Şam İslam Dövləti" terror təşkilatı yalnız İraqdakı Ximrin yatağında  qanunsuz neft hasilatı və satışından gündə 700 min dollar qazanır. APA TV-nin xəbərinə görə, bu barədə məlumatı Diyala əyalətinin Əl-Xalis şəhər meriyası yayıb.

 

Məlumata görə, beynəlxalq koalisiyanın Suriyadakı neft-qaz obyektlərini bombardman etməsindən sonra İŞİD İraqda fəallaşıb. Terrorçular Ximrin yatağının istismarını artırıblar və beləliklə, gəliri də iki dəfə artmış olub.

 

Ximrin yatağı Bağdaddan 50 kilometr şimaldakı Diyala əyalətində yerləşir. İraq jökumətinin məlumatına görə, ölkədə azı 8 neft yatağı İŞİD-in nəzarətindədir. Bu yataqlardan hər gün 80 min barel neft hasil edilir.

Müəllif | Apa.Tv
Apa.tv