Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başa çatıb

Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başa çatıb. Bu barədə APA-ya Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib. Təlimə qatılan Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ötən gün ölkələrinə yola salınıb. Təlimlər sentyabrın 18-də başlayıb. Təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25 döyüş təyyarələri, Mi-24 zərbə və Mi-17 çoxməqsədli helikopterləri, Türkiyə Hərbi Hava Qüvvələrindən isə 6 ədəd F-16 döyüş, C-130 “Herkules” hərbi-nəqliyyat, 2 ədəd AH-1W “Super Cobra” döyüş və 2 ədəd “Sikorsky S-70” helikopteri iştirak edib. Təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Müəllif | Apa.Tv
Apa.tv