Nobel mükafatçısı: "Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın nüfuzunu artırır"

"Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın nüfuzunun artmasına və inkişafına şərait yaradır. Bu Forum Azərbaycan hökumətinin həm öz ölkəsinin, həm də başqa ölkələrin inkişafında maraqlı olduğunu göstərir. Forumda müxtəlif, bəzən ziddiyyətli fikirlər, ideyalar irəli sürülür, müzakirələr nəticəsində qarşıya qoyulmuş məsələlərin obyektiv həlli yolları üzə çıxır".

 

Bunu APA TV-yə IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Nobel mükafatı laureatı, Massaçusets Texnologiya İnsitutunun professoru Peter Atrur Daymond deyib: "Bu, mənim Bakıya ikinci səfərimdir. Bakı çox gözəl və müasir şəhər kimi diqqəti cəlb edir. Gənc, müstəqil bir dövlətin belə möhtəşəm tədbirə ev sahibliyi etməsi böyük göstəricidir və Nobel mükafatı laureatlarının iştirakı ilə aparılan diskussiyalar tədbirin əhəmiyyətini daha da artırır”.

 

Peter Atrur Daymond əlavə edib ki, beynəlxalq forumların keçirlməsi bir sıra ölkələrin iqtisadi əlaqələrinə yeni nəfəs gətirir. Qarşlıqlı iqtisadi münasibətlərin təməli qoyulur, yeni texnologiyalar və onlardan istifadə qaydaları mənimsənilir, biznes əlaqələrinə yol açılır ki, bu da öz növbəsində bir sıra ölkələrin iqtisadi böhranın təsirindən çıxdığını sübut edir.

 

Onun fikrincə, hər bir ölkənin gələcək üçün konkret siyasəti olmalı, hökumətlər proqnozlarında obyektiv olmalıdır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı