Sabirabadda "Mercedes" 77 yaşlı kişini vurub öldürdü
Sabirabad rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APATV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə Sabirabad rayonu Qalaqayın kəndi ərazisində Hacıqabul-Bəhrəmtəpə avtomagistralının 35-ci kilometrliyində qeydə alınıb. Hələlik ad-soyadı dəqiqləşdirilməmiş İmişli sakini idarə etdiyi "Mercedes" markalı dövlət nömrə nişanlı avtomobil ilə yolu keçən Sabirabad rayon Qalaqayın kənd sakini 1937-ci il təvəllüdlü Əmişov Atamoğlan Əmkişi oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.