Lənkəran və Lerikdə intensiv yağışlar problemlərə səbəb olub

Ötən gün axşam saatlarından başlayan intensiv yağışlar cənub bölgəsinin bəzi rayonlarında fəsadlara səbəb olub. APA TV-nin  cənub bürosunun məlumatına görə, Lənkəran-Lerik şose yolunun 17-ci km-də baş verən dağ uçqunu və torpaq sürüşməsi nəticəsində yolda nəqliyyatın hərəkətini çətinləşdirib.

 

Lerik Rayon İcra Hakimiyyəti aparatından APA TV-yə verilən məlumata görə, torpaq  sürüşməsi təhlükəsi Lənkəran-Lerik şose yolunun 10-12 yerində aktivləşib. 43 saylı Lerik rayon yol istismar idarəsinin  isə cəmi bir texnikası ilə 56 km-lik sürüşmə təhlükəsi ilə üz-üzə qalan yola nəzarət etmək imkan xaricindədir. Əlavə texnikaya  ehtiyac var.

 

Qeyd edək ki, intensiv yağışlar ən çox Lənkərana düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran regional Hidrometeoroloji müəssisəsindən verilən məlumata görə, ötən axşamdan bəri rayona düşən yağıntının miqdarı 35,2 mm təşkil edib. 

Müəllif | Apa.Tv