Şəkidə ard-arda iki zəlzələ baş verib

Şəkidə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, zəlzələ Şəkidən 8 kilometr şərqdə qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub. Yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib.

 

Qeyd edək ki, bu, bir gündə Şəkidə baş verən ikinci zəlzələdir. Bundan əvvəl də, Şəkidən 6 kilometr şərqdə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, həmin zəlzələ də 3 bala qədər hiss olunub.

Müəllif | Apa.Tv
Apa.tv