İsmayıllıda maşın yoldan çıxaraq aşıb, ölən və xəsarət alan var

İsmayıllıda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Muğanlı-İsmayıllı yolunun 23-cü kilometrliyində, rayonun Zərgəran kəndində qeydə alınıb. Bakı sakini 1963-cü il təvəllüdlü Səbzəliyev Feyzi Yusif oğlunun idarə etdiyi “Hyundai" markalı minik maşını yoldan çıxaraq dərəyə aşıb. Ağaclara çırpılan maşında olan Qəbələ rayon sakini, 1995-ci il təvəllüdlü Cəbiyeva Əfsanə dünyasını dəyişib. Sürücü Feyzi Səbzəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov