Qubada iki maşın toqquşub, xəsarət alanlar var

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun, Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Xaçmaz istiqamətində hərəkət edən 27-BG-021 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobillə, Quba rayonu istiqamətində hərəkətdə olan 57-BM-469 dövlət nömrə nişanlı “VAZ-2107” toqquşub.

 

Qəza nəticəsində “VAZ 2107”nin sürücüsü, 1975-ci il təvəllüdlü Orucov Etibar Nadirşah oğlu, onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Orucova Xoşqədəm Vahid qızı və onların 10 yaşlı oğlu Azər müxtəlif bədən xəsarətləri alıb. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
 

Müəllif | Apa.Tv
Vəli Turan