Bakıda avtomobil aşaraq yanıb
Bakının Nizami rayonunda "MG" markalı minik avtomobili aşaraq yanıb. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Hələlik sürücüsü məlum olmayan "MG" markalı maşının mühərrik hissəsi hərəkət zamanı qəfil alovlanıb. Daha sonra maşın aşıb. Sürücü cəld avtomobili tərk edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Avtomobilin mühərrik hissəsi tamamilə yansa da, qalan hissəsi yanğından mühafizə olunub. Faktla bağlı Nizami polisi araşdırma aparır.