İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, İsmayıllı rayonu, Mingə kəndində "Ford" markalı mikroavtobusun sürücüsü idarəetməni itirərək maşını dərəyə aşırıb. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücüsü və 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb, 2 nəfər ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıq vasitəsilə yaralıları və 2 meyiti dərədən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:25-də başa çatıb.