Qəbələdə 6 bal gücündə zəlzələ olub
Okytabrın 4-də səhər saatlarında Qəbələdə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 10:00-da Qəbələdən 13 kilometr şimali-şərqdə qeydə alınıb. Yeraltı təkan yerin 5 kilometr dərinliyində olub. Zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və ətrafrayonlarda 3-4 bala qədər hiss olunub.