Qurban Yetirmişli: “Hacıqabulda baş verən zəlzələ digər ocaqları oyadıb”

"Bu ilin fevral ayında Hacıqabulda maqnitudası 5,8 olan zəlzələnin baş verməsi bütün respublikanı silkələmişdi. Bu zəlzələ aktivləşmə gedən zəlzələ ocaqlarını oyadıb tezləşdirdi". APA TV-nin məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, sentyabrın 29-dan oktyabrın 2-nə kimi 80-nə qədər afterşok qeydə alınıb və onların hamısı zəif olub.

"Onun nəticəsidir ki, həmin vaxtdan bu günə kimi maqnitudası 5-dən yuxarı olan 6 zəlzələ baş verib. Hiss olunan zəlzələlərin sayı 23, xırda təkanların sayı isə lap çoxdur. Bir sutkadan çox idi ki, orda heç bir proses getmirdi. Həmin ocaqda proses dayanmışdı. Bu gün səhər enerji toplanması nəticəsində orda maqnitudası 5 kilometr dərinlikdə olan zəlzələ baş verib. Bu da afterşokdur. 5,5 ballıq zəlzələ olduğundan yerdə qalanlar onun afterşokları hesab olunur. Təbii ki, bu zəlzələnin dərinliyi dərin deyil, səthidir. Məsafə etibarı ilə sentyabrın 29-da olan zəlzələ 22 kilometr dərinlikdə İdisə, bu, 13 kilometr dərinlikdədir. Qəbələ şəhərinə bir az da yaxındır və daha da çox hiss olunub".

O bildirib ki, hazırda ən aktiv zona Qəbələdədir və proses gedir. Qəbələ-Xınalıq, Daşgil-Mədrəsə, İsmayıllı-Qəbələ, Qəbələ-Çaxırlı, Qozluçay pilitələrində dərinlik qırılmaları, geodinamik hərəkətlər nəticəsində aktivləşmə gedir və zəlzələlər baş verir. Qurban Yetirmişli vurğulayıb ki, əhalinin təşvişə düşməsinə heç bir əsası yoxdur.

Müəllif | Apa.Tv
Apa.tv