Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 Oktyabr

GÜNÜN ŞƏRHİ

Bəlkə də başqa cür olacaqdı... Deyirlər, insanın alın yazısı onun taleyidir... İnsanın alın yazısı Tanrı tərəfindən yazılır, taleyi Tanrı tərəfindən ölçülüb-biçilir... Amma elə insanlar var ki, onlar öz talelərini özləri müəyyən edirlər... Elə məhz buna görə də öz alın yazısını bir anın içində oxuyub bitirə bilir belə insanlar... Belə insanlar adi insanlar deyil, qəhrəmanlardır... Həsən kimi... O, Cəbrayılda doğuldu, Kəlbəcərdə öldürüldü, Bakıda dəfn edildi... Bu isə bir vətəndaş taleyidir... Vətənin istənilən yerində daşa çevrilməyi bacaran qəhrəman vətəndaşın taleyi...

 

Müəllif | Apa.Tv
Apa.tv