İŞİD ələ keçirdiyi şəhərdə qurban əti payladı
İŞİD silahlıları Suriyada nəzarət altında saxladıqları Raqqa şəhərində əhaliyə qurban əti paylayıb. Bu, İŞİD-in ona nifrət edən əhaliyə yaxınlaşmaq cəhdi kimi qiymətləndirilir.
Şəhər sakinləri də ehtiyac içərisində yaşayan həmyerlilərinə bayramlıq ət aparıblar.
APA TV-nin xəbərinə görə, yayılan görüntülətdə ticrət həyatının qismən canlılığını qoruduğu şəhərdə uşaqların parklarda əyləndiyi və beynəlxalq koalisiyaya aid təyyarələrin kəşfiyyat uşuşları etdiyi görünür. Amma şəhərdə heç bir hərbi əməliyyat aparılmır.