Şəhid zabitmiz medalla təltif edilib

Müdafiə naziri şəhid zabitmizi ölümündən sonra medalla təltif edib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə naziri General polkovnik Zakir Həsənovun 03 oktyabr 2014-cü il tarixli 0251 saylı əmrilə cəbhə bölgəsində şəhid olmuş zabit leytenant Baxışlı Allahverdi Əbülfəz oğlunu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

 

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani medalı şəhidin ailəsinə təqdim etmək üçün etmək üçün Hacıqabul rayonunda olub.

 

Təltifetmə mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, rayon rəhbərliyi və ictimayəti iştirak edib.

 

Mərasimdən sonra nazirliyin rəsmiləri və digər şəxslər şəhidin məzarını ziyarət ediblər.

 

Qeyd edək ki, Allahverdi Baxışlı bu il sentyabrın 27-də ermən silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində həlak olub. Onun atası Müzəffər Həşimov da 1994-cü ildə Ağdamda gedən döyüşlər zamanı şəhid olub.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı