Göygöl rayonunda toqquşan iki avtomobil dərəyə aşıb
Göygol rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil magistralının 359 km-də, Göygölün Hacıməlik kəndi ərazsindən keçən hissısində qeydə alınıb. Rayon sakini, 22 yaşlı Tamerlan İsgəndərovun idarə etdiyi "Nissan" markalı minik maşını Qazax istiqamətdə hərəkətdə olarkən Sərdar Qaybalıyevın idarə etdiyi "Mercedes" markalı maşınla toquşub. Qəzadan sonra hər iki avtomobil dərəyə yuvarlanıb, maşınlar yararsız hala düşüb. Hadisə nəticəsində tələfat olmasa da, avtomobildəki sərnişinlər müxtəlif bədən xəsarətləri alıblar. İlkin etimala görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı Baş Dovlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.