Mövqelərimiz atəşə tutulub

Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv