Məşhur baş məşqçilər oyun zamanı dalaşdılar

İngiltərə Premyer Liqanın növbəti turu məşhur baş məşqçilərin davası ilə yadda qalıb. APA TV-nin xəbərinə görə, "Arsenal" futbol klubunun baş məşqçisi Arsen Venqer "Çelsi"nin baş məşqçisi Joze Mourinyo ilə dalaşıb. Hadisə "Çelsi" - "Arsenal" matçında qeydə alınıb. Oyunun 20-ci dədiqəsində meydançada futbolçular Qeri Keyxellə Aleksis Sançes arasında mübahisə olub. "Çelsi"nin oyunçusu Keyxel rəqib komandanın üzvü Sançesə qarşı kobudluq edib.

 

Komandasının uduzmasından və rəqib oyunçunun hərəkətindən qəzəblənən Arsen Venqer acığını həmkarı Moirunyodan çıxmaq istəyib. Mourinyonun kinayəli atmacalarından əsəbiləşən Venger onu itələyib.

 

"Çelsi" - "Arsenal" matçı 2 :0 meydan sahiblərinin xeyrinə başa çatıb. Maraqlıdır ki, indiyədək Arsen Venqerin baş məşqçisi olduğu "Arsenal" heç vaxt Mourinyonun çalışdırdığı komandalara qalib gələ blməyib.

Müəllif | Apa.Tv
Apa.tv