Beynəlxalq Humanitar Forumun iştirakçıları Şəkiyə gediblər
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçıları Şəki şəhərinə səfər ediblər. APA TV-nin məlumatına görə, nümayəndə heyətinin tərkibinə ABŞ, Almaniya, Rusiya, Türkiyə, Bolqarısta, İtaliya, Meksika, Braziliya, Mərakeş, Yaponiya, Kanada, Polşa, Avstriya, Türkiyə və İrandan olan tanınmış dövlət və elm xadimlərini Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov və icra sturuktununun əməkdaşları qarşılayıb. Bir neçə qrupdan ibarət Beynəlxalq Forumun iştirakçıları Şəki şəhərindəki tarix-memarlıq abidələrinə baş çəkib. Qonaqlar dünya memarlıq incilərindən sayılan Şəki Xan Sarayında gəzintidən xüsusi zövq alıblar. Bu memarlıq abidəsi haqqında topladıqları məlumatlardan ürək dolusu danışan qonaqlar vətənə dönən kim yaxınlarına da Şəkiyə gəlməyi tövsiyə edəcəklərini bildirib. Səfər çərçivəsində Beynəlxalq Forum iştirakçıları həmçinin Şəkidəki digər memarlıq abidəsinə- Yuxarı Karvansaraya, Kiş məbədinə və Cümə məscidinə də səyahət ediblər.
Roma şəhər məhkəməsinin prokuroru Antonino Marini ölkəmizə ilk dəfə gəldiyini deyərək Beynəlxalq Forumun keçirilməsini yüksək qiymətləndirib və bunu Azərbaycanın dünyada artan nüfuzu ilə izah edib.
Şəki şəhəri ilə tanış olan qonaqlara rayonun tarixi ilə yanaşı həm də iqtisadiyyatı və müasir infrasturuktur layihələri haqqında da geniş məlumat verilib.
Qonaqlar həmçinin Şəkinin maddi-məişət nümunələri, xalq sənətkarlıq nümunələri və şirniyyatı ilə tanış olublar.