Bayram günlərində Bakıda Təcili Tibbi Yardım Stansiyasına çağırışların sayı artıb
Qurban bayramında Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına çağırışlar əsasən ürək-damar xəstəlikləri ilə bağlı olub. Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA TV-yə açıqlamasında bildirib ki, son iki gündə çağırışların sayı 5 faiz artıb.
Onun sözlərinə görə, adi günlərdə artım 1700 olurdusa, bayram günlərində bu rəqəm bir qədər çox olub.
Yağlı yeməklər ürək-damar sistemindən əziyyət çəkən xəstələrdə problem yaratdığından çağrışlar da əsasən bu səbəbdən olub.