Ağstafada zəlzələ baş verib
Azərbaycanda daha bir zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Qazaxdan 22 kilometr şərqdə, Ağstafa rayonu ərazisində zəlzələ qeydə alınıb.
APA TV-nin məlumatına görə, təkanlar 3.1 bal maqnitudada, Yer səthinin 10 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, son günlərdə ölkə ərazisində seysmik aktivlik xeyli artıb və bir neçə zəlzələ qeydə alınıb.