Bakıda "Hyudai" və "Mitsubishi" toqquşub, sürücü xəsarət alıb

Bakının Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə yeni inşa olunan körpünün yaxınlığında qeydə alınıb. "Mitsubishi Pajero" və "Hyundai i35" markalı avtomobillər toqquşması nəticəsində "Hyundai"in sürücüsü Rəşid Məhərrəmov xəsarət alıb. Yaralıya ilkin tibi yardım göstərilib və o xəstəxanaya çatdırılıb.

 

Qəzanın səbəbkarı yaxınlıqdakı müşahidə kameralarına baxıldıqdan soran müəyyən olunacaq.
Qəzada yararsız hala düşən avtomobillər evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv