Ermənilər Ağdam, Goranboy və Füzuli istiqamətində atəşkəsi pozublar

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. APA TV-nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Novruzlu, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino və Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv