“Fanfon” qasırğası Yaponiyanı vurdu: 6 ölü, 50 yaralı

“Fanfon” qasırğası Yaponiyada həyatı iflic edib. APA TV-nin məlumatına görə, qasırğa nəticəsində 6 nəfər ölüb, 5 nəfər itkin düşüb. Təbii fəlakətdən zərər çəkmiş 50 nəfər xəstəxanalara müraciət edib, onlardan 15 nəfərin vəziyyəti ağırdır. Qeyd edək ki, “Fanfon” qasırğası bu mövsümdə Sakit okeanda meydana gələn sayca 18-ci qasırğadır.

Müəllif | Apa.Tv
Apa.tv