Azərbaycanın bəzi ərazilərinə qar yağıb


Oktyabrın 7-də Azərbaycanın şimal bölgəsinin bəzi ərazilərində qar yağıb. Quba rayonunun Xınalıq kəndində qarın hündürlüyü artıq 10 santimetr, rayonun Qırız kəndində, eləcə də Qusarın Ləzə kəndində qarın hündürlüyü 2 santimetrə çatıb. Hazırda yağıntı davam edir. Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, mülayim şimal şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Bölgələrdə arabir yağış yağacağı, gecə bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Dağlıq ərazilərində sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-20, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacağı proqnozlaşdırılır.
 

Müəllif | Apa.Tv
Apa.tv