İçərisində bir ailənin üzvləri olan VAZ-2106 avtobusla toqquşdu, iki yerə bölündü: 2 ölü, 3 yaralı
Bakı-Qazax yolunun 144-cü kilometrliyində, Hacıqabulun Qarasu kəndi ərazisində baş verən avtoqəzada bir ailənin 2 üzvü ölüb, 3 üzvü isə ağır yaralanıb.
APATV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Sabirabad rayon Kovlar kənd sakini 1950-ci il təvəllüdlü Rəsulov Əliabbas Hasil oğlunun idarə etdiyi “VAZ
Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Sabirabad rayon Kovlar kənd sakini, 1950-ci il təvəllüdlü Rəsulov Əliabbas Hasil oğlu və 2014-cü il təvəllüdlü Rəsulov Fehruz Hasil oğlu dünyasını dəyişib.
Sərnişinlər - 1961-ci il təvəllüdlü Rəsulova Sara Ağalar qızı, 2010-cu il təvəllüdlü Həmzəyev Əli Sadiq oğlu və 1983-cü il təvəllüdlü Həmzəyeva Xeyransa Fehruz qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hadisənin baş verməsinin ilkin səbəbi kimi minik avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Qeyd edək ki, qəza nəticəsində “VAZ-