Bakıda "Mercedes"lə "Audi" toqquşdu
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Vaqif və Xan Şuşinski küçələrinin kəsişməsində iki avtomobil toqquşub. "Mercedes" və "Audi" markalı maşınların toqquşması nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
İlkin ehtimala görə, Xan Şuşinski küçəsi ilə hərəkət edən "Mercedes"in sürücüsü "Yol ver!" nişanının tələbinə məhəl qoymayıb və Vaqif küçəsi ilə hərəkət edən "Audi" ilə toqquşub. "Mercedes"in sürəti yüksək olduğundan, toqquşmadan sonra sürücü idarəetməni itirib və maşını səkidəki beton maneələrə çırpıb.
Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəliblər. "Mercedes"in sürücüsü sərxoşluğun yoxlanılması üçün xəstəxanaya, maşın isə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.