Lənkəranda "VAZ 2107" beton dirəyə çırpılıb, 57 yaşlı qadın ölüb

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Cənub  bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin Zərifə Əliyeva keçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 23 yaşlı Şəhriyar Kazımovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarə etməni itirərək yolun kənarındakı beton elektrik dirəyinə çırpılıb. Güclü zərbənin təsiri nəticəsində avtomobilin sərnişinlərindən Lənkəran şəhər sakini, 57 yaşlı Validə Ağayeva aldığı xəsarətdən hadisə yerində ölüb. 52 yaşlı Xatirə İsmayılova isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə buraxılıb.

 

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv