Bakıda sərxoş sürücü bir qəsəbəni qazsız qoydu

Bakının Sabunçu qəsəbəsində sərxoş sürücünün törətdiyi qəza böyük bir qəsəbəni qazsız qoyub. APA TV-nin məlumatına görə, hadisə Balaxanı qəsəbəsində baş verib.

 

"HOWO" markalı yük maşını döngədə idarəetmınin itirilməsi nəticəsində üç minik maşınına çırpılıb. Yük maşını əvvəlcə "VAZ-2107", daha sonra isə "Moskviç" və "VAZ-21015" markalı avtomobilləri vurub. "VAZ-21015"  HOWO-nun zərbəsindən sonra yaxınlıqdakı avtobus dayanacağına çırpılıb.

Yük maşını isə Bazlaxanı qəsəbəsini qazla təmin edən borunu sındırıb.

 

 

"Qaz borularını sındırıb. Park təzə təmir olunmuşdu, oranı dağıdıb. Elektrik xətlərini qırıb. İndi qəsəbədə çox evdə işıq yoxdur, bütün kəndin qazı kəsilib. Evdə körpə uşaqlar var, amma qazımız yoxdur".

 

Yol polisi əməkdaşlarının apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, yük maşınının sürücüsü sükan arxasına sərxoş vəziyyətdə əyləşib. Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsində faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv