Velosipedçilərin Azərbaycan çempionatı başa çatıb

Oktyabrın 4-7-də Quba, Qusar və Xaçmaz rayonları ərazisində çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçirilib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 2014-cü ilin təqvim-planına əsasən, Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda 100-ə yaxın velosipedçi iştirak edib. 3 kateqoriya üzrə təşkil olunan yarışın finalı Qubada baş tutub.Yarışın son günündə U-15 komndası 17, U-17 komandası 52, Elit komandası isə 85km məsafədə yarışıb. Gərgin keçən mübrizənin sonunda qaliblər müəyyənləşib. Hər üç kateqoriyada çempionatın qalibi adını Azərbaycan idmançıları qazanıb.

 

Ölkə çempionatında ilk dəfə paytaxt və Sumqayıt velosipedçiləri ilə yanaşı, Oğuz rayonunda fəaliyyət göstərən velosiped bölməsinin idmançıları da iştirak edib. Bundan başqa, Azərbaycan çempionatın açıq xarakterli olması Gürcüstan yığma komandasının 10 üzvünün də turnirdə mübarizə aparmasına imkan verib.

 

Müəllif | Apa.Tv
Vəli Turan