Qeyri-sabit hava şəraiti davam edəcək
Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif çiskin olacaq, axşama doğru yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-14, gündüz 16-21 dərəcə isti olacaq. Bölgələrdə arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Aran rayonlarında havanın temperaturunun gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Dağlarda havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti təşkil edəcək.