Ülkücülərlə PKK tərəfdarları İstanbulda atışdı – REAL VİDEO

İstanbulda gərginlik davam edir. APA TV-nin məlumatına görə, Esenyurtda ülkücülərlə PKK tərəfdarları arasında atışma baş verib. Gecə saatlarında polisin olmadığı məkanda ülkücülər aksiya keçirən PKK tərəfdarlarını ərazidən uzaqlaşdırmaq istəyiblər. Tərəflər arasında toqquşma baş verib. Sosial şəbəkələrdə atışmanın görüntüləri yayılıb.

Qeyd edək ki, İŞİD terrorçuları Türkiyə-Suriya sərhədində yerləşən Kobani yaşayış məntəqəsini ələ keçirdikdən sonra Ankaranın prosesə hərbi müdaxilə etməsini istəyən solçu qruplar ölkənin hər yerində aksiyalara başlayıblar. Aksiyalarda çoxlu sayda toqquşmalar qeydə alınıb.

Müəllif | Apa.Tv
Apa.tv