Bakıda bağlı qapı arxasında qalan uşaq xilas edildi - REAL GÖRÜNTÜ
Bağlı qapı arxasında 3 yaşlı uşaq xilas edilib. Hadisə oktyabrın 8-də Nizami rayon Qara Qarayev küçəsi 69 ünvanında qeydə alınıb. Saat 14.30 radələrində FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinə çağırış gəlib. Dərhal çağırışa reaksiya verilib Çevik Xilasetmə Xidməti hadisə yerinə yollanıb. 3 yaşlı Aylin Mehfaliyeva qapını arxadan bağlayıb və sonra aça bilməyib.
Xilasetmə alət və avadanlıqlardan istidafə edərək qapını açıblar.
Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Könül Tülparova deyib ki, 2011-ci il təvəllüdlü Aylin Mehfaliyeva Elçin qızı evdə qalıb. Qapını arxadan bağlayıb və sonradan onu aça bilməyib.