Ucarda dəhşətli qəza: sürücü və bir ailənin 4 üzvü öldü
Ucarda dəhşətli yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, qəza Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. “VAZ” markalı minik maşını ilə yük maşınının toqquşması nəticəsində minik maşınında olan ikisi azyaşlı uşaq olmaqla 5 nəfər ölüb.
Ölənlər İsmayıllı rayon sakinləri “VAZ” markalı minik maşınının sürücü 1975 – ci il təvəllüdlü Baxışov Ceyhun Novruz oğlu, sərnişinləri 1988 – ci il təvəllüdlü Mirzəməmmədov Səbuhi Tofiq oğlu, onun həyat yoldaşı 1984 – cu il təvəllüdlü Mirzəməmmədova Zəminə Həsən qızı, övladları 2013-cü il təvəllüdlü Yusif Mirzəməmmədov və 2014-cü il təvəllüdlü Ayşən Mirzəmmədovadır.
Hadisənin baş vermə səbəbləri Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.