Suraxanıda piyadanı vurub öldürən sürücü qaçıb

Bakının Suraxanı rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Hadisə Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan naməlum minik avtomobili yolun kənarı ilə evinə gedən rayon sakini, 42 yaşlı Elşən Hüseynbala oğlu Əzimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobili idarə edən sürücü isə qaçıb. Mərhumun oğlu Röyal Mehdiyev hadisə baş verən zaman atasının yanında olub.


Hadisə yerinə gələn yol polisi əməkdaşları müvafiq ekspertizalar təyin ediblər. Faktla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv