Bakıda qonşular arasında atışma olub: yaralılar var - YENİLƏNİB

Bakının Xətai rayonunda qonşular arasında yaranan mübahisə qanlı bitib. APA TV-nin məlumatına görə, hadisə rayonun Nazim Şükürov küçəsində qeydə alınıb. Rayon sakini Sənan Əkbərov qonşusu Şaiq Quliyevlə 8 ay əvvəl aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün onların həyətinə gedib.

 

Şaiqin maşında olduğunu görən Sənan avtomobilə arxadan vinçestr tüfəngi ilə atəş açıb. Şaiq hadisə yerindən qaça bilib. Sənanın onun qardaşı Rauf Əkbərov, atası Sahəddin Əkbərov, həyat yoldaşı Təzəgül Əliyeva  ədavətdə olduqları Şaiqin evinə tərəf gedərək yaxınlarını və qohumlarını təhqir ediblər. Mübahisə yenidən qızışıb. Tərəflər arasında dava düşüb.  Əkbərovlar ailəsinin üç üzvünə xəsarət yetirilib.

 

Hadisənin əsas iştrakçısı sayılan Sənan Əkbərov Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Anası Sevil Ələkbərova ədavətin xeyli vaxt əvvəl başladığını, oğlundan əvvəl  qarşı tərəfin güllə atdığını bildirib. Dediyinə görə, onlar yalnız müdafiə olunublar.  

 

 

Hadisə yerinə gələn 37-ci polis bölməsinin əməkdaşları maddi sübut kimi  güllə gilizləri və 1 ədəd xəncər götürüblər. Hazırda hər iki tərəfdən olmaqla  8 nəfər Xətai rayon polis idarəsində saxlanılır.

 

 

Müəllif | Apa.Tv