Bakıda iki sərxoş əlilə qarşı quldurluq edib

Yasamal rayonunda quldurluq hadisəsi törədilib. APA TV-nin məlumatına görə, hadisəsinin qurbanı əlil Samir Skropçin olub. Hadisə Samirin Abdulla Şaiq küçəsi 58 ünvanında  kirayə yaşadığı mənzildə qeydə alınıb.

 

Yasamal polsinin axtarışları nəticəsində quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Yasamal rayon Polis İdarəsinin və 26-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cinayət hadisəsin törətməkdə şübhəli bilinən Məmmədov Zəkavət Mühid oğlu və Hüseynov Vladimir  Sergeyiviş saxlanılaraq istintaqa təhvil verilib. İlkin ifadələri zamanı saxlanılan şəxslər hadisəni sərxoş halda  törətdiklərini etiraf ediblər.

 

Qeyd edək ki, Zəkavət Məmmədov 25, Vladimir Hüseynov isə 12 il məhkumluq həyatı keçirib. Hər iki şəxs azadlığa qısa müddət qovuşmasına baxmayaraq, onlar artıq növbəti məhkumluq həyatına hazırlaşırlar. Faktla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv