"Qanlı ay tutulması" baş verdi

Oktyabrın 8-də "Qanlı ay tutulması" baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA TV-yə verilən məlumata görə, tutulmanı Sakit Okean ərazisindəki məntəqələrdən bütünlüklə müşahidə etmək mümkün olub. Qərbi Avropa, Yaxın Şərq və Afrika ölkələri istisna olmaqla, digər dünya ölkələrinin sakinləri tutulmanı tam və ya qismən görə biliblər.

 

Gündoğumu və günbatımı ilə üst-üstə düşdüyünə və ayın rəngini dəyişərək, qırmızıya boyanmasına görə amerikalı alimlər bu tutulmaya "Qanlı ay tutulması" adını veriblər.

 

Müəllif | Apa.Tv