Ağcabədidə gənc oğlan qaçırdığı 16 yaşlı qızı öldürdü

Ağcabədi rayonunda dəhşətli qətl hadisəsi törədilib. Lent.az-ın məlumatına görə, oktyabrın 9-na keçən gecə Cəfərbəyli kəndi ərazisində 1993-cü il təvəllüdlü Qasımov Aydın Əbülfəz oğlu Gəncədən qaçırdığı 1998-ci il təvəllüdlü Əliyeva Səltənət Mədət qızını qətlə yetirib. 21 yaşlı oğlan 16 yaşı hələ tamam olmayan qızı boğaraq öldürüb və daha sonra qızın anasına zəng edərək "Gəl qızının meyitini apar" deyib.

 

Bildirilir ki, Ağcabədi sakini olan gənc oğlan qızın özünün razılığı ilə onu qaçırıb və onu Ağcabədi rayonunun Cəfərbəyli kəndindəki dayısı evinə gətirib. Bundan sonra qızın yaxınları oğlana zəng edərək ona narazılığını bildiriblər. Səltənət Əliyevanın anası isə oğlana zəng edərək onu təhqir edib. Bundan sonra 21 yaşlı oğlan qaçırdığı qızı öldürərək onun anasına zəng vurub.

 

Aydın Qasımov artıq saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv