Ədəbiyyat Muzeyində “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib
"Türkmənçay və Gülüstan müqavilələri ilə Azərbaycan Rusiya və İran arasında iki yerə bölünərək parçalanıb.SSRİ-nin parçalanması ərəfəsində Ermənistanda tarixi torpaqlarında yaşayan 300 min azərbaycanlı didərgin düşdüb , daha sonra Dağlıq Qarabağ və ətraf rayonların işğal edilib. Həmin dövrdə erməni lobbisinin fəaliyyəti nəticəsində dünya ictimaiyyətinə yanlış məlumatlar çatdırılıb, Azərbaycan barədə həqiqəti əks etdirən məlumatlara xarici mətbuatda çox nadir hallarda rast gəlinib".
APA TV-nin xəbərinə görə, bunu Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının müzakirəsi zamanı millət vəkili Rəfael Hüseynov deyib.
Rəfael Hüseynov Hüseynov kitabın Moskva şəhərində rus dilində çap edilməsinin əhəmiyyətli olduğunu, kitabın həm keçmiş sovet ölkələrində, həm də rusdilli dünyada oxunacağını söyləyib.
Digər çıxışçılar da monoqrafiyanın tarixi əhəmiyyətindən, qarşıya qoyulan problemin tədqiqat-araşdırılma istiqamətlərindən danışıblar.