Ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum oldu
2014-cü il üzrə Nobel Ədəbiyyat mükafatının qalibi açıqlanıb. APA TV-nin məlumatına görə, mükafatın sahibi fransalı məşhur yazıçı Partik Modiano olub. Patrik Modiano 30 iyul 1945-ci ildə anadan olub. Fransız yazıçısı və ssenaristidir. 2000-ci Kann kino festivalının münsifi olub.
“Ulduz meydanı”, “Gecə gözətçisi”, “Ailə xronikası”, “Kədərli villa” və başqa əsərlərin müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb.
Xatırladaq ki, Ədəbiyyat üzrə Nobel mükafatı Alfred Nobelin 1895-ci il vəsiyyətinə əsasən təsis edilmiş 5 istiqamət üzrə mükafatlardan biridir.