Xaçmazda ana və uşaq doğuş zamanı ölüb

Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun  xəbərinə görə  hadisə oktyabrın 9-da qeydə alınıb. Xaçmaz şəhəri,  Müslüm Maqomayev küçəsində yaşayan 1981-ci il təvəllüdlü  Arzu Rəhim qızı İsmayılova və körpəsi doğuş zamanı ölüb. Hadisə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində   baş verib.

 

Xəstəxanadan fakt təsdiqlənib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan