Biləsuvarda torpaq davası: iki qardaş güllələndi

Biləsuvarda silahlı insident baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Fərhad İsmayılov şəxsi münaqişə zəminində "Oba" adlanan ərazidə "Tula" markalı ov tüfəngi ilə həmyerliləri Adış və Bayram Novruzov qardaşlarına atəş açaraq onları güllələyib. Güllələrdən biri Bayram Novruzovun qarın boşluğuna, Adış Novruzovun isə qarın və buduna dəyib. Yaralı qardaşlar dərhal Biləsuvar mərkəzi rayon xəstəxanasına çatdırılıb.

 

Bayram Novruzovun vəziyyəti ağırlaşdığından Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Burada o, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hazırda hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Hadisəni törətmiş Fərhad İsmayılov isə könüllü olaraq Biləsuvar Rayon Polis Şöbəsinə gedərək təslim olub. O, istifadə etdiyi ov tüfəngini də polis şöbəsinə təhvil verib.

 

İlkin versiya kimi silahlı insidentin torpaq mübahisəsi zəminində baş verdiyi bildirilir.

 

Müəllif | Apa.Tv