Ermənilər atəşkəs rejimini pozublar

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub. Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

 

Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 

Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv