Bakıda aeroport yolunda qəza olub, 2 nəfər yaralanıb
Ötən gecə Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yol qəzası paytaxtın Sabunçu rayonunda, Heydər Əliyev prospektinə qeydə alınıb.
Prospektlə Heydər Əliyev Beynəlxalq hava limanı istiqamətində hərəkət edən "Mercedes" və eyni istiqamətdə hərəkətdə olan "Cheovrolet" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, "Cheovrolet" markalı avtomobilin sürücüsü manevr qaydasını pozub, yüksək sürətlə hərəkət edən "Mercedes" isə onu vurub. Daha sonra "Mercedes" yol kənarındakı təhlükısizlik səddinə çırpılıb.
Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Anar Miralayevin APA TV-yə verdiyi məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. "Mercedes"in sürücüsü Əliquliyev Zaur Adışirin oğluna 3 saylı Şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib. "Mercedes"in sərnişini, 47 yaşlı Qaragözov Elxan Şamil oğlu isə xəstəxanaya yerləşdirilib. Ona sağ bazu sumuyunun qapalı sınığı diaqnozu qolulub və müalicəsi xəstəxanada davam etdirilir.
Fakrtla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.