Kobani uğrunda şiddətli döyüşlər davam edir
ABŞ "İraq Şam İslam Dövləti" terror təşkilatının Suriyanın Kobani şəhərindəki mövqelərinə 9 zərbə endirib. APA TV-nin xəbərinə görə, bBu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı yayıb.
Zərbələrdən 6-sı Kobaninin cənubunda terrorçuların ələ keçirdiyi iki binanı və tankı məhv edib. Şəhərin şimalında isə daha iki bina dağıdılıb.
Son məlumata görə, İŞİD Kobaninin üçdə birinə nəzarət edir. Şəhərin bütün şərq rayonları, şimal-şərq və cənub-şərqinin bir hissəsi terrorçuların əlindədir. ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı isə bəyan edib ki, Kobaninin əhəmiyyətli hissəsi kürd döyüşçülərin nəzatindədir.